AQTA: Hindistandan gətirilən bioloji aktiv qida məhsulu normativ tələblərə cavab verməyib

Baş səhifə
AQTA: Hindistandan gətirilən bioloji aktiv qida məhsulu normativ tələblərə cavab verməyib

Hindistandan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulu normativ tələblərə cavab verməyib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, “Beneva” MMC-nin Hindistandan idxal etdiyi “JMB Pharmaceutıcals” müəssisəsinin istehsalı olan 4500 ədəd “Pregnola” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (01.05.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) müayinələrə cəlb olunub.

Sınaq nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən edilib.

Uyğunsuzluq aşkarlanan məhsul partiyası məhv edilib.