KİV: ABŞ Suriyadan bütün qoşunlarını çıxarır

Baş səhifə

ABŞ Suriyadan qalan bütün qoşunlarını çıxarır.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, ABŞ artıq Suriyadan təxminən qalan 1000 qoşununu çıxarmaq prosesindədir.

Bu proses təxminən iki ay çəkə bilər.