Zukerberq hakim qarşısına çıxarılacaq

Baş səhifə

Bakı. Trend:

Amerikalı milyarder Mark Zukerberq sosial şəbəkələrlə bağlı
presedent ola biləcək məhkəmə prosesində ifadə verməyə
hazırlaşır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Proses çərçivəsində “Meta Platforms”un sosial şəbəkələrinin
(“Instagram”, “Facebook” və s) uşaqlarda asılılıq yaratmaq və
onlara zərər vurmaq məqsədi güdüb-güdmədiyi ilə bağlı suallara
cavab verməsi gözlənilir.




O, erkən yaşlarda sosial mediadan istifadənin onda asılılıq
yaratdığını, depressiyasını və intihar düşüncələrini
ağırlaşdırdığını iddia edən 20 yaşlı qadın şərti olaraq KGM
adlandırılan iddiaçının maraqlarını təmsil edən vəkillər tərəfindən
sorğu-suala tutulacaq.

Bu, gənclərin təhlükəsizliyi ilə bağlı əvvəlki ifadələrinə
baxmayaraq, Zukerberqin bu cür ittihamlarla bağlı andlılar
məhkəməsi qarşısında açıqlama verəcəyi ilk belə hal olacaq.

“Meta Platforms” və “YouTube” platformasını da əhatə edən
məhkəmə işi presedent xarakteri daşıyır; bu isə o deməkdir ki, onun
nəticəsi sosial media şirkətlərinə qarşı qaldırılmış minlərlə oxşar
iddiaya təsir göstərə bilər.