Rusiya danışıqları qəsdən uzadır – Zelenski

Baş səhifə

Bakı. Trend:

Rusiya danışıqları qəsdən uzadır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir
Zelenski 17-18 dekabr tarixlrində Cenevrədə Ukrayna münaqişəsinin
nizamlanması ilə bağlı keçirilən üçtərəfli (ABŞ, Rusiya və
Ukrayna-red.) danışıqları şərh edərkən bildirib.

“Dünən həqiqətən də asan olmayan görüşlər oldu və belə qənaətə
gələ bilərik ki, Rusiya artıq yekun mərhələyə çıxa biləcək
danışıqları uzatmağa çalışır. Detallara diqqət və Rusiya tərəfinin
mövcud nümayəndələri ilə danışıqlarda səbr nümayiş etdirdiyinə görə
Amerika tərəfinə təşəkkür edirəm”, – deyə Zelenski qeyd edib.




O vurğulayıb ki, Ukrayna nümayəndə heyətinə danışıqların nəticə
verməsi və sülh həlləri üçün imkanları artırması məqsədilə hər şeyi
etmək barədə aydın tapşırıq verib.

Ukrayna lideri həmçinin yazıb ki, fevralın 18-də humanitar
istiqamətin, xüsusilə hərbi əsirlərin mübadiləsi və mülki şəxslərin
azad edilməsi üçün atılacaq addımların müzakirəsi
planlaşdırılırdı.