
Yaponiyada 20 yaşlı gənc üç yeniyetməyə bıçaq xəsarətləri yetirib, onlardan biri dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi yerli polisə istinadən məlumat yayıb.
Bİldirilib ki, insident Osakanın mərkəzindəki turistik Dotonbori rayonunda baş verib. Hücum edən şəxs və qurbanları tanış olublar, insidentdən az əvvəl onların arasında münaqişə yaranıb və bu, əlbəyaxa davaya çevrilib.
Baş verənlər nəticəsində hər üç yeniyetmə bıçaq xəsarətləri alıb, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
“Nara prefekturasının polisi hadisə yerindən qaçan 20 yaşlarında bir kişini həbs edib”, – deyə nəşrdə bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


