Bakı. Trend:
Üç naməlum şəxs Almaniyanın Ştur şəhərindəki “Volksbank” daxil
olaraq oğurluq ediblər.
Trend-in
məlumatına görə, bu barədə “Bild” qəzeti polisə istinadən xəbər
verib.
Məlumata əsasən, oğurluq hadisəsi 13 fevral tarixində, nahar
fasiləsi zamanı baş verib. Cinayətkarlar bankın zirzəmisinə
pəncərədən girib və 14 seyf qutusunu oğurlayıblar.
Qeyd edilib ki, hadisə yalnız müştərilər və bank işçiləri
özlərini pis hiss etmələrindən və ürəkbulanmalarından
şikayətləndikdən sonra məlum olub. Daha sonra məlum olub ki,
oğurluq edən şəxslər zirzəmiyə naməlum maddə püskürdüblər.
Polis artıq araşdırmaya başlayıb.

