ABŞ yeni miqrant saxlama mərkəzlərinə 38 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası qanunsuz immiqrantların
deportasiyasını sürətləndirmək məqsədilə bir neçə ştatda yeni
saxlanma mərkəzlərinin yaradılmasına 38,3 milyard dollar xərcləməyi
planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi
Xidmətinin sənədlərində bildirilir.

Sənədlərə əsasən, 2026-cı il noyabrın 30-dək səkkiz böyük və 16
kiçik saxlanma obyektinin yaradılması nəzərdə tutulur. Layihə
Gömrük Mühafizəsi Xidmətinə eyni vaxtda 92 mindən çox miqrantı
saxlamaq imkanı verəcək.




“Axios”un məlumatına görə, Merilend, Virciniya, Minnesota,
Texas, Nyu-Hempşir və Nyu-York ştatlarında bu planlara etirazlar
var.

ABŞ rəsmiləri ölkə tarixində ən genişmiqyaslı deportasiya
əməliyyatını keçirmək niyyətində olduqlarını bildirirlər, siyasi
rəqiblər isə administrasiyanı həddindən artıq sərt siyasətdə
ittiham edirlər.