
Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio Ukrayna prezidenti Volodimir
Zelenski ilə görüşdə müdafiə və iqtisadi sahələrdə ikitərəfli
əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.
Trend-in
məlumatına görə, bu barədə Marko Rubio “X” sosial şəbəkəsində
yazıb.
Onun sözlərinə görə, görüş “Ukraynanın təhlükəsizliyi və müdafiə
və iqtisadiyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi”
məsələlərinə həsr olunmuşdu.
“Prezident Tramp qan tökülməsinə birdəfəlik son qoyacaq bir həll
yolu tapmaq istəyir”, – deyə Rubio, Ukraynadakı münaqişənin həllini
nəzərdə tutataraq, əlavə edib.


