Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb

Baş səhifə
Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici işlər naziri

Ceyhun Bayramov almaniyalı həmkarı Yohann David Vadeful ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X”dəki hesabında məlumat yayıb.

Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin inkişafına, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığa həsr olunub.

Regional inkişaflar, Ermənistan-Azərbaycan normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə edilib.