İsrail ordusu Qəzzanın şimalında terrorçunu zərərsizləşdirib

Baş səhifə

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağında hərbi personal üçün təhlükə
yaradan terroruçunu məhv edib.

Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti
bildirib.




“Qəzza zolağının şimalında fəaliyyət göstərən hərbi qüvvələr
sarı xətti keçən və əsgərlərə yaxınlaşan bir terrorçunu aşkar edib
və bu, onların təhlükəsizliyinə birbaşa təhlükə yaradıb. Şəxsiyyət
müəyyən edildikdən sonra hərbçilər təhlükəni aradan qaldırmaq üçün
terrorçunu zərərsizləşdiriblər”, – deyə açıqlamada bildirilib.

Mətbuat xidməti qeyd edib ki, İsrail bölmələri Qəzza zolağında
“atəşkəs razılaşmasına uyğun olaraq yerləşdirilmiş vəziyyətdə
qalır” və “istənilən birbaşa təhlükəni aradan qaldırmaq üçün
fəaliyyətlərini davam etdirəcəklər”.