“Zirə” “Karvan-Yevlax”ı məğlub etdi – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti oyunu
keçirilib.

Trend-in
məlumatına görə, günün ikinci matçında “Zirə” öz meydanında
autsayder “Karvan-Yevlax”ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan
sahiblərinin minimal hesablı qələbəsi ilə bitib – 1:0.

Yeganə qola 20-ci dəqiqədə Davit Volkov imza atıb.




Bu nəticədən sonra paytaxt təmsilçisi xallarının sayını 35-ə
çatdıraraq turnir cədvəlində üçüncü sıraya yüksəlib. Aktivində 6
xalı olan bölgə klubu isə sonuncu – 12-ci pillədə yer alıb.

Qeyd edək ki, açılış qarşılaşmasında “Qarabağ” səfərdə “İmişli”ni 1:0 hesabı ilə üstələyib.

XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.