Ölkə ərazisindən aşkarlanan silah-sursatın sayı məlum olub

Baş səhifə

Bakı.Trend:

Fevralın 13-də polis əməkdaşları paytaxt və respublikanın
ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 2
alışdırıcı, 9 tüfəng, 3 patron darağı və 126 ədəd müxtəlif çaplı
patron aşkar edərək götürüblər.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.




Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri ilə ötən gün ümumi çəkisi 5,2 kiloqrama yaxın narkotik
vasitə və 303 ədəd güclü təsiredici xassəyə malik həb aşkar
olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.