Ötən gün cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Fevralın 13-də ölkə ərazisində qeydə alınan 60,
əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin
açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə
159, o cümlədən borclu şəxs qismində axtarışda
olan 121 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.




Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı
15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər
saxlanılıb.