Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

Baş səhifə

Münxen. Trend:

Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də
Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı,
hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu
gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan
ölkədir.

Trend xəbər verir ki, bu
fikirləri Prezident İlham Əliyev Münxendə Azərbaycan
telekanallarına müsahibəsində səsləndirib.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycanın öz
təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə
alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da
artıb”.