
Bakı. Trend:
Keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhddə
təqsirləndirilən Tural Qanbayevin yekun məhkəmə prosesi baş
tutub.
Trend xəbər
verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan
məhrum etmə cəzasına məhkum edilib.
Hadisə keçən il oktyabrda Şirvanda baş verib. Təqsirləndirilən
Tural Qanbayev keçmiş həyat yoldaşı Lamiyə Qanbayevaya 11 bıçaq
zərbəsi vurub.
O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü ( xüsusi amansızlıqla və
ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham
edilib.


