
Bakı.Trend:
Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin
verilişində müvəqqəti fasilələr olacaq.
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilir ki, fevralın 14-də “Azərişıq” ASC-nin Naxçıvan
Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən
planlı təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq
Düylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrik
xətti razılaşdırılmış sifariş əsasında açılacaq.
Aparılacaq işlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat
14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində müvəqqəti
fasilə yaranacaq.
Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin
gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların
aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif
ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir
işlərinin görülməsi nəzərdə tutulur.
“Azərişıq” ASC-nin Naxçıvan RETSİ yaranacaq müvəqqəti
narahatlığa görə istehlakçılardan üzr istəyir.

