
Bakı.Trend:
Sabunçu rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, naməlum şəxs ayrı-ayrı vaxtlarda evlərdən 8 min
manat dəyərində elektrik naqilləri, müşahidə kameraları və
işıqlandırma cihazlarını talayıb. Sabunçu RPİ 42-ci Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli
bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı C.Cəfərquliyev
saxlanılıb.
Araşdırmalar davam etdirilir.


