Abşeronda yük avtomobilindən yarım ton yanacaq oğurlandı

Baş səhifə

Bakı.Trend:

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “MAN” markalı yük
avtomobilindən 490 litr yanacaq oğurlanıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.




Bildirilir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər
məhkum olunmuş 40 yaşlı R.Cahangirov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, R.Cahangirov oğurladığı
yanacağı eyni markadan olan öz yük maşınının çəninə töküb.
R.Cahangirov barəsində toplanan material məhkəməyə göndərilib. O,
30 gün müddətinə inzibati qaydada həbs edilib.