Rusiya bankı əsas uçot dərəcəsini aşağı salıb

Baş səhifə

Bakı.Trend:

Rusiya Bankının Direktorlar Şurası fevralın 13-də keçirilən
iclasında əsas uçot dərəcəsini 50 baza bəndi azaldaraq illik 15,5
faizə endirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“İqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına qayıtmağı
davam etdirir. Yanvar ayında qiymət artımı birdəfəlik amillərin
təsiri altında əhəmiyyətli dərəcədə sürətlənib. Bununla yanaşı,
Rusiya Bankının qiymətləndirməsinə görə, cari qiymət artımının
dayanıqlı göstəriciləri ciddi şəkildə dəyişməyib.




Birdəfəlik amillərin təsiri tükəndikdən sonra inflyasiya yenidən
azalmağa başlayacaq”, – Mərkəzi Bankdan qeyd olunur.

Bu, 6 iyun 2025-ci il tarixində başlanmış yumşalma dövrü
çərçivəsində göstəricinin ardıcıl altıncı dəfə azaldılmasıdır.
Həmin vaxt Mərkəzi Bank üç ildən sonra ilk dəfə olaraq əsas
dərəcəni 100 baza bəndi azaldaraq illik 20 faizə endirmişdi.