Bakı. Trend:
2025-ci ildə Məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər
Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb, 109 vətəndaşa
mühafizə orderi verilib.
Trend xəbər
verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr Bahar Muradova bu gün Bakıda Komitənin 2025-ci
ildə fəaliyyətinin yekunlarına dair keçirilən hesabat tədbirində
bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə isə 108 belə muhafizə orderi
verilib:
“2023-cü illə müqayisədə Dövlət Komitəsinə daxil olan
müraciətlər əsasında verilən mühafizə orderlərinin sayı 30% artıb.
Belə ki, Komitə tərəfindən 2022- ci ildə 46, 2023-cü ildə 83
mühafizə orderi verilib”.
Qeyd edək ki, mühafizə orderi zərərçəkmişi zorakılıq törədən
şəxsdən qoruyan hüquqi aktdır. Yəni zərərçəkmiş müraciət edərək,
qısamüddətli və ya uzunmüddətli mühafizə orderi əldə edə bilər.
Qısa müddətli mühafizə orderi zərərçəkmişə icra hakimiyyəti
orqanları tərəfindən verilə bilər. Bu zaman zorakılığı törədən
şəxsə 30 gün müddətində zorakılığın təkrar törədilməsi,
zərərçəkənin ünvanını axtarması və ona narahatlıq gətirən
davranışlara yol verməsi qadağan edilir. Uzun müddətli mühafizə
orderi isə 180 gün müddətinə verilir.

