
Bakı. Trend:
PAŞA Bank 2026-cı ildə kredit portfelini 5-10 faiz artırmağı
planlaşdırır.
Trend xəbər verir
ki, bunu PAŞA Bankın idarə heyətinin sədri Cavid Quliyev rəhbərlik
etdiyi bankın təşkil etdiyi, IPO-ya (səhmlərin ilkin ictimai
yerləşdirmə prosesi) həsr olunmuş tədbirdə çıxışında bildirib.
“PAŞA Bank korporativ seqmentə və biznes müştərilərinə xidmətə
fokuslanacaq. Bu istiqamətdə yanaşma dəyişməz qalır və əsas
prioritet iqtisadiyyatın real sektorunun dəstəklənməsi və
maliyyələşdirilməsidir.
Bununla yanaşı, PAŞA Holding-ə daxil olan şirkətlərlə, o
cümlədən Kapital Bank və qrupun ekosisteminin digər iştirakçıları
ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi planlaşdırılır.
Strateji vəzifələr sırasında bankın təxminən 200 min pərakəndə
müştərisinin ekosistem daxilində xidmət və həllərdən daha fəal
istifadə imkanlarının genişləndirilməsi də yer alır”, – deyə o
bildirib.

