
Bakı. Trend:
Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumatına
görə, yeraltı təkanlar Yaponiyanın cənubunda yerləşən Okinava
prefekturası yaxınlığında baş verib.
Bildirilib ki, zəlzələnin episentri təxminən 300 min əhalisi
olan Naha şəhərindən 106 kilometr cənub-şərqdə, ocağı isə 10
kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

