
Bakı. Trend:
Venesuela ABŞ-nin “Chevron” və İspaniyanın “Repsol” şirkətlərinə
neft hasilatı üçün əlavə ərazilər təmin etmək niyyətindədir.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Karakasdakı rəsmilər kəşfiyyat və istehsal
sahələrini bu şirkətlərə artıq bu həftənin əvvəlində təhvil verməyə
hazır olduqlarını bildiriblər.

