
Bakı. Trend:
Naxçıvan Ali Məclisi deputatının etik davranış qaydaları
haqqında qanunvericilik genişləndirilib.
Trend-in
məlumatına görə, bu məsələ “Naxçıvan Muxtar Respublikası Ali
Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan
Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Qanunda öz əksini tapıb.
Belə ki, daha əvvəl deputatın etik davranış qaydaları
haqqında qanunvericilik aşağıdakılardan ibarət idi:
- Azərbaycan Respublikasının Konstitusiyası;
- Naxçıvan Muxtar Respublikasının Konstitusiyası;
- “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu
haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu; - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili
Nizamnaməsi; - “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik
davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu
və buna uyğun hazırlanan digər normativ hüquqi aktlar;
Qanunla “Korrupsiyaya qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanunu da bu siyahıya əlavə
edilib.
Bununla “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanunu Naxçıvan Ali Məclisi deputatları üçün etik
davranış qaydaları haqqında qanunvericilik aktı hesab ediləcək.


