
Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 3,157 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19 % azdır.
Yanvarda Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 11,6 % azalaraq 729,698 milyon ABŞ dolları olub.
Türkiyədən ən çox tekstil məhsulları idxalını İtaliya 67,314 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 4,4 % az), İspaniya 45,192 milyon ABŞ dolları (+1 %) və Misir 42,951 milyon ABŞ dolları (-7,3 %) dəyərində həyata keçirib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


