Ağdamda qarın hündürlüyü 15 santimetri keçdi (FOTO)

Baş səhifə

Ağdam.Trend:

Ağdamda bir neçə yaşayış məntəqəsində qarın hündürlüyü 15
santimetri keçib.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, gecə saatlarından başlayan qar
yağışı nəticəsində rayonda qarın hündürlüyü artıb.




Belə ki, rayonun Quzanlı, Xındırıstan, Mirəşelli, Əhmədağalı
kəndləri və Baharlı qəsəbəsi də daxil olmaqla bir sıra ərazilərdə
qar örtüyü eyni səviyyəyə yüksəlib.

Qarın hündürlüyü hazırda yollarda avtomobillərin hərəkətinə
ciddi maneə yaratmayıb. Hazırda qar yağışı fasilələrlə davam
edir.