
Bakı. Trend:
“Qarabağ” klubu ilə ABŞ təmsilçisi “Kolumbus Kru” arasında
aparılan danışıqlar yekunlaşıb.
Trend xəbər verir ki, bu
barədə Ağdam təmsilçisi məlumat yayıb. Beləliklə, Nəriman
Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub. 21
yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər müqavilə
imzalanıb.
Xatırladaq ki, “Qarabağ”ın yetirməsi olan Nəriman Premyer Liqada
84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkə
çempionu, 1 dəfə kubokun qalibi olub.
Qeyd edək ki, Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış
Nəriman əsas millinin heyətində 13 matç keçirib.


