BVF-nin icraçı direktoru Ağdam, Xankəndi və Şuşada aparılan bərpa işləri ilə tanış olub

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu
İsveçrə Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski Ağdam,
Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

Trend Maliyyə
Nazirliyinı isitnadən xəbər verir ki, səfər çərçivəsində İcraçı
direktora işğal dövründə tamamilə dağıdılan Ağdam şəhərində
aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhərin Baş
Planının icrası, müasir infrastrukturun formalaşdırılması, habelə
Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin mərhələli şəkildə
köçürülməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı
məlumat verilib.




P.Loşevski həmçinin, Xankəndi şəhərinin mərkəzi hissəsi və əsas
infrastruktur obyektlərinin fəaliyyəti, burada aparılan bərpa və
yenidənqurma işləri, sosial infrastrukturun təşkili və sakinlərin
yaşayış şəraitinin təmin olunması istiqamətində görülən tədbirlərlə
tanış olub.

Şuşa şəhərinə səfər zamanı isə qonağa şəhərin zəngin
tarixi-mədəni irsi, mədəniyyət abidələrinin bərpası, həmçinin
həyata keçirilən infrastruktur və turizm layihələri barədə geniş
məlumat təqdim olunub. Qeyd edilib ki, Şuşa Azərbaycanın mədəniyyət
paytaxtı kimi regionun sosial, mədəni və iqtisadi həyatında mühüm
rol oynayır.