
Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal-Demokrat Partiyası (LDP) və “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” Partiyasından ibarət hakim koalisiya parlamentin aşağı palatasına seçkilərdə qalib gəlir.
APA-nın xəbərinə görə, Yaponiyanın ictimai televiziyası NHK-nın keçirdiyi exit-pollun nəticələri bunu göstərir.
Exit-polla əsasən, hakim koalisiya parlamentdə yerlərin 2/3-ni qazanır.
Eyni zamanda LDP-nin 233-dən çox deputat mandatı qazanaraq təkbaşına parlamentdə çoxluğu təmin etməsi də gözlənilir.
***
saat 10.03
Bu gün Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir.
APA xəbər verir ki, parlament seçkilərində Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim koalisiyanın 465 yerdən 300-nü qazanacağı proqnozlaşdırılır.
Hakim koalisiyaya Liberal-Demokrat Partiyası (LDP) və “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” Partiyası daxildir.
Yeni mərkəzçi alyansın yaradılmasına və ultra-sağ qüvvələrin reytinqinin artmasına baxmayaraq, yapon müxalifəti hələ də çox parçalanmış vəziyyətdədir və parlament seçkilərində uğur qazanacaqları gözlənilmir.


