Gürcüstanın qərbində torpaq sürüşməsi baş verdi

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın qərbində yenidən torpaq sürüşməsi baş verib.

Trend xəbər verir ki, bu
barədə Gürcüstan Yolları Departamenti məlumat yayıb.




Bildirilir ki, sürüşmə nəticəsində Zuqdidi-Cvari-Mestia-Lasdili
magistral yolunun 52-ci kilometrliyində qaya kütləsi yol
infrastrukturuna ciddi ziyan vurub. Avtomagistralda bütün nəqliyyat
vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər davam
etdirilir. Lakin qeyri-sabit hava şəraiti, qar və yağış yağması
işləri çətinləşdirir, torpaq sürüşməsi riskini daha da artırır.