Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazandı

Baş səhifə

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri
davam edir.

Trend xəbər verir ki, yarışda
Azərbaycanı qadın güləşi üzrə milli komanda təmsil edir. Turnirin
dördüncü günündə yığmanın 3 üzvü xalça üzərinə çıxıb.

Nərgiz Səmədova (53 kiloqram) təsnifat mərhələsində polşalı
Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı
Umi İmaya (1:13) məğlub olub.




Jalə Əliyeva (57 kiloqram) startda brazilyalı Culya Penalberaya
(4:14) uduzaraq mübarizəni erkən başa vurub.

Zəhra Kərimzadə (72 kiloqram) 1/4 finalda türkiyəli Buse Tosuna
(0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı
Mahiro Yoşitakeni 4:1 hesabı ilə üstələyib.