
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində mağazada yanğın
baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb
olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi
15kv.m. olan şirniyyat mağazasında baş vermiş yanğın genişlənməsinə
imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mağazanın içərisində quraşdırılmış bir ədəd
kondisioner və 2p.m. mətbəx mebeli yanıb.
Mağazanın böyük hissəsi yanğından mühafizə olunub.


