
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena
Əliyeva Gəncədə fəaliyyət göstərən qadın sahibkar Fidan Zari
tərəfindən yaradılmış “Zarif Natural” brendi ilə tanış olublar.
Trend xəbər verir ki, onlar
sahibkarla səmimi söhbət edib, ideyanın formalaşması, brendin
yaranma hekayəsi və məhsulların hazırlanma prosesi ilə
maraqlanıblar. Daha sonra müəssisədə soyuq sıxım üsulu ilə müxtəlif
yağlar və digər məhsullar birgə hazırlanıb. Leyla Əliyeva və Alena
Əliyeva qadın sahibkara fəaliyyətində uğurlar arzulayıb, onun
təşəbbüskarlığını və zəhmətkeşliyini yüksək qiymətləndirib, xatirə
şəkilləri çəkdiriblər.
Qeyd edək ki, “Zarif Natural” brendi sağlam və balanslı
qidalanma prinsiplərinə əsaslanaraq soyuq sıxım yağların, qatqısız
çərəz əzmələrinin və qlütensiz unların istehsalı və istehlakçılara
təqdim olunması istiqamətində fəaliyyət göstərir.

