
İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-yə səfər edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahu və ABŞ Prezidenti Donald Tramp fevralın 11-də Vaşinqtonda Amerika-İran danışıqlarını müzakirə edəcəklər.
“Baş nazir hesab edir ki, istənilən danışıqlara mütləq ballistik raketlərin məhdudlaşdırılması və İranın maşalarına dəstəyin dayandırılması mövzuları daxil edilməlidir”, – məlumatda vurğulanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


