Bakı. Trend:
Hindistanın şimal-şərqində, Meqhalaya ştatında qeyri-qanuni
kömür mədənində baş verən partlayış nəticəsində həlak olanların
sayı 27-yə yüksəlib.
Trend xəbər verir
ki, bu barədə şənbə günü yerli polis məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ən azı doqquz nəfər
xəstəxanada müalicə alır.
Fövqəladə Hallar üzrə Milli Müdaxilə Qüvvələrinin nümayəndəsi
bildirib ki, mədəndə hələ də insanlar ola bilər və buna görə
axtarış-xilasetmə işləri davam edir.
Daha əvvəl partlayış nəticəsində 18 nəfərin həlak olduğu
bildirilmişdi. Hadisə fevralın 5-də Şərqi Jantia Hils bölgəsində
qanunsuz fəaliyyət göstərən mədəndə baş verib.

