
Azərbaycanın cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
“Report”un məlumatına görə, buna Balabəy Ağayev (60 kq) nail olub.
27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.
Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


