Pakistan İslamabad məscidinə hücumun təşkilatçısını saxlayıb

Baş səhifə

Bakı. Trend:

Pakistan təhlükəsizlik qüvvələri 30-dan çox insanın ölümünə
səbəb olan İslamabad məscidinə hücumun təşkilatçısını həbs
edib.

Trend “The News”a
istinadən xəbər verir ki, əməliyyat zamanı onunla əlbir olan daha
üç nəfər də saxlanılıb.




Məlumata görə, cinayətkarların tutulması əməliyyatı ölkənin
şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində həyata
keçirilib. Əməliyyat zamanı bir təhlükəsizlik işçisi həlak olub,
daha üç nəfər isə yaralanıb.