“Barselona” La Liqa matçına ciddi itki ilə çıxacaq

Baş səhifə

Bakı. Trend:

“Barselona” İspaniya La Liqasının 23-cü turunda doğma meydanda “Malyorka”nı qəbul edəcək.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, son çempion oyuna ciddi itki ilə
çıxacaq.

Komandanın aparıcı oyunçularından olan Rafinya matçda iştirak
edə bilməyəcək. Braziliyalı vinger zədəlidir.




Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:15-də start
götürəcək.

Qeyd edək ki, Rafinya bu mövsüm “Barselona”nın heyətində meydana
çıxdığı 22 rəsmi matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda
qalıb.