
Səudiyyə Ərəbistanı Pro Liqası şəxsi şikayətlərinə görə klubu boykot edən Kriştiano Ronaldoya xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, açıqlamada Ronaldoya hər bir klubun müstəqil fəaliyyət göstərdiyi xatırladılıb və əfsanəvi futbolçunun liqanın ümumi nüfuzuna xələl gətirmək əvəzinə, problemlərini öz klubu ilə müzakirə etməli olduğu tövsiyə edilib.
Açıqlamada, “Klubların öz direktorlar şurası, öz menecerləri və öz futbol rəhbərliyi var. Transferlər, xərclər və strategiya ilə bağlı qərarlar davamlılığı və rəqabət balansını təmin etmək üçün hazırlanmış maliyyə çərçivəsində bu klublara məxsusdur. Bu çərçivə liqa boyunca bərabər şəkildə tətbiq olunur. Kriştiano gəlişindən bəri “Əl-Nəsr”ə sadiqdir və klubda mühüm rol oynayıb. Hər hansı bir elit idmançı kimi, o da qalib gəlmək istəyir. Lakin, nə qədər vacib olsa da, heç bir şəxs öz klubundan kənarda qərarlar diktə edə bilməz” – deyə qeyd edilib.


