Öncə Nestle, indi Danone – Uşaq qidaları zəhər saçır

Baş səhifə

Avstriya və Fransada Danone şirkətinin uşaq süd qarışıqlarının istifadəsi qadağan olundu.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstriya, Fransa, Almaniya, İsveçrə, Polşa, Rumıniya və Macarıstan daxil olmaqla bir sıra Avropa ölkələri qusma və ishala səbəb olan “sereulid” toksini ilə mümkün çirklənmə riski səbəbindən Aptamil və Milumil uşaq qidalarının istehlakını qadağan edib.

 Bu, Danone tarixində ən böyük uğursuzluqdur.

Çirklənmə Çinin Cabio Biotech şirkətindən alınan araxidon turşusu yağı adlı qatqı ilə əlaqələndirilir.

Böhran 60-dan çox ölkəni əhatə edib və Nestle şirkətinə də təsir göstərib. Böyük Britaniyada 36 körpənin xəstələndiyi bildirilir, ölüm halı qeydə alınmayıb.

Fransa hakimiyyəti isə Nestlé süd qarışığının iki uşağın ölümü ilə mümkün əlaqəsini araşdırır.