
Bakı. Trend:
Yanvarda avrozonada inflyasiya gözlənildiyi kimi 1,7 faiz
həddinə enib.
Trend xəbər verir ki, bu
barədə Avropa Statistika Ofisi Avrostat məlumat yayıb.
İnflyasiyanın azalması enerji daşıyıcılarının ucuzlaşması ilə
izah edilir. Bununla belə, ekspertlər tendensiyanın davamlı olması
üçün Avropa Mərkəzi Bankının yaxın aylarda uçot dərəcələrini
dəyişməyəcəyi qənaətindədirlər.
Avropa Mərkəzi Bankının hədəfi 2026-2027-ci illərdə vahid
valyuta məkanında inflyasiyanı 2 faiz həddində saxlamaqdır.


