Vaşinqton Ukraynaya silah tədarükünü davam etdirəcək – ABŞ-nin NATO-dakı daimi nümayəndəsi

Baş səhifə

Bakı. Trend:

ABŞ Moskva və Kiyev sülh sazişi imzalayana qədər Avropadakı
müttəfiqləri vasitəsilə Ukraynaya silah tədarükünü davam etdirmək
niyyətindədir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi
nümayəndəsi Metyu Uitaker yerli telekanala verdiyi müsahibədə
bildirib.

“Biz sülh sazişinin əldə olunması üçün nə qədər vaxt tələb
olunarsa, o müddət ərzində silahlarımızın NATO üzrə
müttəfiqlərimizə satışını davam etdirmək niyyətindəyik, onlar isə
bu silahları ukraynalıların ilk növbədə özlərini müdafiə edə
bilmələri üçün Ukraynaya tədarük edəcəklər”, – deyə Uitaker
bildirib.




O vurğulayıb ki, söhbət ilk növbədə Ukraynanın hava hücumundan
və raket əleyhinə müdafiə sistemlərindən gedir.

Bundan əlavə, ABŞ Ukraynanın döyüş qabiliyyətini qoruyub
saxlaması üçün vacib olan həmlə tipli silahların tədarükündən
imtina etməyi planlaşdırmır.