
İsveç Ukraynanın enerji təchizatı üçün 1 milyard kron (111 milyon ABŞ dolları) ayırır.
“Report” xəbər verir ki, bu barədə krallıq hökumətinin məlumatında bildirilib.
“Bu gün İsveç hökuməti Ukraynanın enerji sektorunu dəstəkləmək üçün 1 milyard İsveç kronu məbləğində yeni yardım paketi elan edib”, – məlumatda deyilib.
Qeyd olunub ki, dəstək Ukraynanın enerji istehsalı sahəsindəki ehtiyaclarının ödənilməsinə, infrastrukturun təmirinə və uzunmüddətli perspektivdə enerji təchizatının gücləndirilməsinə yönəlib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


