Moskvada “Regnum” və “İzvestiya” redaksiyalarının yerləşdiyi binada yanğın baş verib

Baş səhifə
Moskvada Regnum və İzvestiya redaksiyalarının yerləşdiyi binada yanğın baş verib

Moskvanın cənubundakı biznes mərkəzində baş verən yanğın səbəbindən “Regnum” informasiya agentliyinin redaksiyası təxliyə edilib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə agentliyin baş redaktoru Marina Axmedova məlumat verib.

“İşi dayandırdıq, hamımız qaçıb çıxdıq. Hazırda yanğını söndürürlər. Təxliyə dərhal həyata keçirilib”, – o qeyd edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt üzrə baş idarəsindən bildirilib ki, hadisə yerində yanğın-xilasetmə qüvvələri işləyir.

KİV-in məlumatına görə, binada “İzvestiya” qəzetinin redaksiyası da yerləşir.