
İspaniyanın “Barselona” klubunun La Liqanın digər təmsilçisi “Jirona”da icarə əsasında çıxış edən qapıçısı Mark-Andre ter Şteqen əməliyyat olunacaq.
“Report” xəbər verir ki, almaniyalı qolkiper bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
33 yaşlı oyunçu yanvarın 31-də İspaniya çempionatının XXII turunda, “Oviedo” ilə matçda (0:1) sol bud nahiyəsindən zədələnib. Onun yaşıl meydanlara dəqiq qayıdış vaxtı əməliyyatdan sonra bəlli olacaq.
Qeyd edək ki, Mark-Andre ter Şteqen “Jirona”ya cari mövsümün sonuna qədər icarəyə verilib. O, yeni klubunda cəmi iki matça çıxa bilib. Təcrübəli qolkiperin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


