
Bu il Azərbaycanda iqtisadi artımın 2,4 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4 % olacağı gözlənilir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
“Gələn il üçün isə müvafiq olaraq 2,9 % və 4,3% artım proqnozlaşdırılır”, – deyə o qeyd edib.
Xatırladaq ki, AMB bundan əvvəl – ötən ilin iyul ayında 2026-cı ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) 2-2,5 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4-5 % artacağını proqnozlaşdırmışdı.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

