
Bakı. Trend:
ABŞ Nümayəndələr Palatası hökumət qurumlarının yenidən
açılmasına imkan verən hökumətin yenidən maliyyələşdirilməsi qanun
layihəsinə səs verib.
Trend-in
məlumatına görə, bu barədə “CBS” televiziya kanalı xəbər verib.
Qanun layihəsini Konqresin 217 üzvü dəstəkləyib, 214 nəfər isə
əleyhinə səs verib. İndi qanun layihəsi ABŞ prezidenti Donald Tramp
tərəfindən təsdiqlənməlidir.
Hökumətin maliyyələşdirilməsi 31 yanvar yerli vaxtla gecə
yarısında qismən dayandırılıb.


