Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib

Baş səhifə
Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının birinci iclasında yaradılan İntizam komissiyasının ilk iclası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, iclasa sədrliyi komissiyanın üzvü Gülşad Rüstəmova edib.

O bildirib ki, komissiyanın ilk iclasının gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il üçün İntizam komissiyası sədrinin, sədr müavininin və katibinin seçilməsi məsələsi daxildir.

Qeyd olunub ki, Ali Məclisin 2 fevral 2026-cı il tarixli qərarı ilə İntizam komissiyası yaradılıb və komissiyanın 5 üzvdən ibarət tərkibi təsdiq edilib. Sonra Gülşad Rüstəmova İntizam komissiyasının sədri vəzifəsinə komissiyanın üzvü Məmməd Məmmədovu təklif edib.

Gündəlikdə duran məsələ ilə əlaqədar qərar səsə qoyulub, Məmməd Məmmədov İntizam komissiyasının sədri seçilib. İclasda həmçinin İntizam komissiyasının sədr müavini vəzifəsinə komissiyanın üzvü Vüsal Məmmədzadənin, katibi vəzifəsinə isə komissiyanın üzvü Nuray Əliyevanın namizədlikləri irəli sürülüb.

Məsələ ilə əlaqədar qərar səsə qoyularaq qəbul olunub. Bununla da iclas öz işini başa çatdırıb.