
Polşanın Baş naziri Donald Tusk ölkə rəhbərliyinin dəvəti ilə Ukraynaya səfər etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Yaxın günlərdə (Ukrayna prezidenti – red.) Volodimir Zelenskinin dəvəti ilə Kiyevdə olacağam. Bu kritik vaxtda Ukraynanı tək qoymaq olmaz”, – Tusk yazıb.
In the next few days I will be in Kyiv at the invitation of @ZelenskyyUa. At this critical time, Ukraine cannot be left all alone.
— Donald Tusk (@donaldtusk) February 2, 2026
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


