
Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasında XX tura yekun vurulub.
Trend xəbər verir ki,
bağlanış oyununda “Fənərbağça” səfərdə “Kocaelispor”la qarşılaşıb.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Marko
Asensio və Dorjeles Nene vurublar.
Bu qələbə ilə xallarını 46-ya çatdıran İstanbul təmsilçisi 2-ci
pillədəki yerini qoruyub. Komandanı lider “Qalatasaray”dan cəmi 3
xal ayırır.


